Bundesliqa klubu Avstriyadan məşqçi gətirir

Bundesliqa klubu Avstriyadan məşqçi gətirir

“Hoffenhaym”ın baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Bundesliqa klubunu Ralf Hazenhyuttl çalışdıra bilər.

55 yaşlı avstriyalı ilə danışıqlara start verilib. O, həm də “Lids”in maraq dairəsindədir.

Mütəxəssisin son iş yeri “Sauthempton” olub. O, 2018-ci ili dekabrından 2022-ci ilin noyabrına qədər bu klubda çalışıb.

Qeyd edək ki, “Hoffenhaym” 19 oyundan sonra 19 xalla 14-cü yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Lukas Moura London klubundan ayrılır

Növbəti yazı

Cokoviç “375”ə çatdı