300 milyonluq təklif
Braziliya milisinin və PSJ-nin futbolçusu Neymar yeni təklif alıb. O, Səudiyyə Ərəbistanı klubunun hədəfindədir.
Asiya təmsilçilərindən biri 31 yaşlı hücumçuya ildə 300-400 milyon avro ödəməyə hazırdır. Braziliyalı forvard bu ağlasığmaz təklifə cavab verməyib. “Barselona”, “Çelsi” və Braziliya klublarından biri də Neymarın xidmətində maraqlıdır.
Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən futbolçu komandadan getmək istədiyini klub rəhbərliyinə bildirib.