300-cü qələbə
Daniil Medvedev Madriddəki “Masters”də növbəti qələbəsini qazanıb. Rusiyalı tennisçi 3-cü mərhələdə Aleksandr Şevçenkonu məğlub edib – 4:6, 6:1, 7:5.
Bu, 27 yaşlı raketka ustasının karyerasında 300-cü qələbə olub. O, 122 dəfə uduzub.
Medvedev bu müddətdə 19 titul qazanıb. “US Open-2021”in qalibi dünyanın 1-ci raketkası da olmağı bacarıb.
Qeyd edək ki, Daniil mövsümün 37 matçındakı 33 qələbə ilə bu göstəricidə liderdir.