3 futbolçu “Atletiko”nun hədəfində

3 futbolçu “Atletiko”nun hədəfində

“Atletiko” heyətini gücləndirmək niyyətindədir. Madridlilər müdafiəçi Xavi Qalanla maraqlanır. 

Futbolçu üçün “Selta” 12-15 milyon transfer məbləği müəyyən edib. Amma madridlilər bu məbləği ödəməkdən imtina ediblər. Onlar transferin baş tutması üçün müdafiəçi Manu Sançesi qarşı tərəfə təklif ediblər. Son mövsümü icarə əsasında “Osasuna”da keçirən futbolçun “Atletiko”nun əsas heyətinə düşməkdə çətinlik çəkir. Komanda “Valensiya”da Xose Qayo və “Çelsi”də Marka Kukurelyunu da transfer siyahısına daxil edib. Bundan basşqa, Franke Kessei və Marko Verratti kimi futbolçular da Madrid klubunun maraq dairəsindədir. 

ETOPAZ

Əvvəlki yazı

Osimhen ”Napoli”yə razılıq vermir

Növbəti yazı

“Əl-Hilal” Alleqrini istəyir