3-cü dəfə yarımfinalda
Dünyanın yeddinci raketkası Matteo Berrettini “Australian Open”də yarımfinala yüksəlib. O, 1/4 finalda Qael Monfisi məğlub edib – 6:4, 6:4, 3:6, 3:6, 6:2.
İtaliyalı üçüncü dəfə “Böyük dəbilqə” turnirinin yarımfinalında oynayacaq. O, karyerasında 7-ci dəfə 5 setdən ibarət oyun keçirib və 6-cl dəfə qalib gəlib.
O, yarımfinalda Rafael Nadalla görüşəcək. Matteo 3 il əvvəl “US Open”in yarımfinalında məhz ispaniyalıya uduzub.