3-cü dəfə finalda
Klivlend turnirində finalçılar bəlli olub. Rusiyalı Lüdmila Samsonova yarımfinalda Bernarda Perunu məğlub edib.
6:1, 6:2 hesablı qələbə qazanan tennisçi rəqibinin 13 oyunluq məğlubiyyətsizliyinə son qoyub. Amerikalı üzərində qələbə ilə Samsonova mövsümdə ikinci dəfə finala yüksəlib.
Karyerasında 3-cü dəfə final oynayacaq Lüdmila əvvəlki iki cəhdində titul qazanıb. Bu dəfə onun rəqibi Aleksandra Sasnoviç olacaq.