29 ilin rekordu

29 ilin rekordu

Basketbol üzrə dünya çempionatlarında son 29 ilin rekordu qeydə alınıb. Bu, yarımfinalın ABŞ – Almaniya matçına təsadüf edib.

Görüş 1994-cü ildən sonra üçün ən məhsuldar qarşılaşma olub. Almaniyalılar bu oyunda 113:111 hesablı qələbə qazanıb.

Matçda ümumilikdə 224 xal yığılıb. Dünya çempionatlarında sonuncu dəfə daha yüksək məhsuldarlığa 1994-cü ildə təsadüf edilib. Həmin vaxt finalda ABŞ Rusiyanı 137:91 hesabı ilə udduğu matçda 228 xal toplanılıb.

Qeyd edək ki, Almaniya finalda Serbiya ilə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Medvedev Alkarası dayandırdı

Növbəti yazı

Qrey Səudiyyə Ərəbistanında