28 ildən sonra Florensiyada
ATP-nin təqvimində dəyişiklik olub. Bura yeni turnir əlavə edilib.
İtaliyada təşkil olunacaq yarış Florensiyada baş tutacaq. ATP 250 səviyyəli turnir qapalı kortlarda keçiriləcək.
Yarış oktyabrın 10-16-da təşkil olunacaq. 1973-94-cü illərdə keçirilən bu turnir 28 ildən sonra yenidən ATP təqviminə qayıdıb.