Busketsin “Barselona”dan gedəcəyi vaxt müəyyənləşdi
“Barselona”nın futbolçusu Serxi Busketsin klubu tərk edəcəyi vaxt müəyyənləşib. Təcrübəli yarımmüdafiəçi mövsümün sonunda komandasını dəyişəcək.
O, 2023-cü ilin yayından sonra MLS-də çıxış edəcək. Buskets “İnter Mayami”nin şərəfini qoruyacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan futbolçu 2008-ci ildən əsas komandada çıxış edir.