DÇ-2022-nin bombardiri ilkə imza atdı və zədələndi
DÇ-2022-nin qrup mərhələsinin II turunun Niderland – Ekvador oyununda (1:1) cənubi amerikalıların qoluna Enner Valensiya imza atıb. Hücumçu mundialda 3-cü qolunu vuraraq bombardirlər yarışında vahid lider olub.
O, Ekvadorun dünya çempionatlarında son 6 qolunun müəllifidir. 33 yaşlı forvard bunadək Qətərlə görüşdə (2:0) dubl müəllifi olub.
Enner DÇ-2014-də də üç qola imza atıb. O, öz komandasının mundialdakı ardıcıl 6 qoluna imza atan ilk cənubi amerikalı olub.
Valensiya Niderlandla matçın 89-cu dəqiqəsində zədələnib. Onu meydandan xərəkdə çıxarıblar.