Byelsa Premyer Liqa klubuna keçidə razılıq verdi

Byelsa Premyer Liqa klubuna keçidə razılıq verdi

Marselo Byelsa İngiltərə Premyer Liqasına qayıda bilər. 67 yaşlı mütəxəssisin xidmətində “Bornmut” maraqlıdır.

Artıq argentinalı ilə İngiltərə klubu arasında ilkin danışıqlar baş tutub. Mütəxəssis “Bornmut”u çalışdırmağa razılıq verib.

Hazırda komandanın baş məşqçi vəzifəsini Harri Onil icra edir. Byelsa 2018-ci ildən 2022-ci ilin fevralına qədər “Lids”i çalışdırıb.

Qeyd edək ki, “Bornmut” Premyer Liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.11.2022

Növbəti yazı

“Miluoki” Alleni göndərir