250-ci məğlubiyyət

250-ci məğlubiyyət

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb. Bu, Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib.

Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.

Qərb təmsilçisi 685-ci oyununda “250”yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.

Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib – 0:1.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən tarixi uğur

Növbəti yazı

“Zirə”dən yubiley