25 ildən sonra
Dünyanın sabiq birinci raketkası Vinus Uilyams “Australian Open”də iştirak etməyəcək. ABŞ tennisçisinə vild-card verilməsi nəzərdə tutulsa da, o, “yaşıl qitə”də korta çıxmayacaq.
Bununla da “Australian Open” Uilyams bacıları olmadan baş tutacaq. “Böyük dəbilqə”nin ilk turnirində Serena və Vinusun olmaması 25 ildən sonra qeydə alınacaq. Bacılardan heç birinin qatılmadığı “Australian Open” sonuncu dəfə 1997-ci ildə keçirilib.