25 ildə ilk dəfə
İspaniya millisi AVRO-2024-ün ilk oyununa Norveçə qalib gəlib – 3:0. Bu matçda qollardan ikisinə Xoselu imza atıb.
32 yaşlı hücumçu millidəki debütündə dubl müəllifi olub. “Espanyol”un forvardı son 25 ildə İspaniya yığmasındakı debütündə 2 qol vuran ilk futbolçu olub.
Buna sonuncu dəfə Fernando Moryenter imza atıb. O, 1998-ci il martın 25-də İsveçlə yoldaşlıq oyunundakı (4:0) debütündə dubl edib.