240 milyonluq təklifdən imtina
“İnter”in futbolçusu Lautaro Martines karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə razı olmayıb. İtaliya klubunun hücumçusu aldığı təklifdən imtina edib.
Argentinalıya 4 illik müqavilə ilə 240 milyon avrə təklif olunub. Bu klubun adı açıqlanmır. “İnter”də ildə 6 milyon qazanan futbolçu maaşının 10 qat artığı qarşılığında da Asiyada oynamağa razılaşmayıb.