23-cü qələbə ilə rekord
İspaniya millisi Avropa çempionatlarının seçmə mərhələlərində ardıcıl 23-cü ev qələbəsini qazanıb. Pireneylilər Norveçi 3 cavabsız qolla üstələyib.
İspanların öz meydanındakı son xal itkisi 2003-cü il iyunun 7-də qeydə alınıb. Həmin gün Yunanıstan 1:0 hesablı qələbə qazanıb. Bu, turnirin rekordudur.