“Atletiko”dan Morata qərarı
“Atletiko” futbolçusu Alvaro Morata ilə müqaviləni uzatmağa qərar verib. Hücumçunun indiki anlaşması 2024-cü ilin yayında başa çatacaq.
Klub rəhbərliyi onunla daha 2-3 il müddətinə nəzərdə tutulan müqavilə imzalamaq istəyir. Tərəflər razlıq əldə etməyə yaxındır.
Madridlilər onun maaşının azalmasını da planlaşdırır. “Milan”, “Yuventus”, Səudiyyə Ərəbistanı və MLS klublarının maraq dairəsində olan Morata indiki klubunda qalmağın tərəfdarıdır.
Morata cari mövsüm 44 matça çıxıb. Onun hesabında 15 qol var.