2263 gün sonra

2263 gün sonra

Azərbaycan millisi seçmə mərhələlərdə keçirdiyi ev oyunlarındakı qələbə həsrətinə son qoyub. Yığmamız 2263 gündən sonra doğma azarkeşlər önündə sevinib.

Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə oyununda İsveçi 3:0 hesabı ilə məğlub edib. Bunadək son ev qələbəsi DÇ-2018-in seçmə mərhələsində qeydə alınmışdı.

2017-ci il sentyabrın 5-də San-Marinonu qəbul edən millimiz 5:1 hesablı qələbəyə sevinib. İki böyükhesablı qalibiyyəti ayıran 2263 gündə isə uğur yığmadan üz döndərib.

ETOPAZ

Əvvəlki yazı

Bombardirin bir addımlığında

Növbəti yazı

Millimiz 20,4 xal qazandı