“Neftçi”nin baş məşqçisi: “Öz komandama güvənirəm”

“Neftçi”nin baş məşqçisi: “Öz komandama güvənirəm”

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunun Kipr klubu “Aris”i qəbul edəcək. Sabahkı matçdan bir gün əvvəl bakılıların baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib.

47 yaşlı rumıniyalı mütəxəssis ilk görüşdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq barədə danışıb: “İlk oyunda Kiprdə məğlub olduq. Həmin görüşü təhlil etdik, danışdıq. Sabaha yeganə şansımız, məqsədimiz var: meydançada hamıya göstərməliyik ki, birinci oyundakı nəticə təsadüfi idi. “Aris”ə böyük hörmətlə yanaşırıq. Amma sabah əlimizdən gələni edəcəyik ki, dönüş yarada bilək. Həm özümüz, həm də fanatlarımız üçün qələbə qazanaraq, növbəti mərhələyə adlamağa çalışacağıq. İlk oyundan əvvəl də bunu demişdim. Biz indi rəqibi daha yaxşı tanıyırıq. İlk görüşdə “Aris”in yüz faizlik şansı var idi, top qapı tirindən döndü. Həmçinin bizim də imkanlarımız oldu. Bir epizodda da penaltimiz verilmədi. İkinci məqam odur ki, rəqibin mərkəz müdafiəçisinin sarı vərəqəsi var idi. Bizim qapıçıya qarşı kobudluq etdiyi zaman ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi. “Aris”in aqressiv oynaması normal idi, evdə oynayırdı. Biz də sabah eyni şeyi etməyə çalışacağıq. Öz komandama güvənirəm. İnanıram ki, gözəl oyunla lazımi nəticə əldə edəcəyik. Bunu necə edəcəyimizi sabah meydanda görəcəksiniz”.

ETOPAZ

Əvvəlki yazı

Zelinski üçün 40 milyon avro

Növbəti yazı

Elmar Baxşıyev: “Onları sevindirməyə çalışacağıq”