Qurban Qurbanov: “Müdafiədə oturmaq fikrimiz yoxdur”

Qurban Qurbanov: “Müdafiədə oturmaq fikrimiz yoxdur”

“Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sürix”in qonağı olacaq. Qarşılaşmadan bir gün öncə Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

50 yaşlı mütəxəssis səfər görüşü barədə fikirlərini açıqlayıb: “Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun sistemində oynayan fərqli komandaya qarşı çıxış edəcəyik. Deməzdim ötən mövsümlə müqayisədə fərq var, sadəcə rəqiblər fərqlidir. Hər rəqibə qarşı düzgün oynamağa və diqqətli olmağa çalışırıq. Sadəcə, bu mövsüm ilk mərhələdən daha ciddi rəqiblər düşdü. Ötən il həm də Çempionlar Liqası yox, Konfrans Liqası idi. Burada tam başqa səviyyə, detallar var. Çempionlar Liqası digər turnirlərdən çox fərqlənir. Bu yarışda daha çox məsuliyyət, diqqət tələb olunur və səhvlər bağışlanılmır. Ona görə də çalışmalıyıq ki, bu matçlarda səhvlərimiz az olsun. Ümumi fərq xeyli var”.

Qurbanov Sürixdəki oyundan açıq futbol gözlədiyini qeyd edib: “Ümumiyyətlə, belə görüşlərin gedişatında əlavə vaxt və penaltilər seriyası kimi şeylərə hazır olmalıyıq. Rəqibin futbolçusunun müsahibəsini oxudum, onlar üçün finala bərabər oyundur. Həm 120 dəqiqəyə, həm də penaltilər seriyasına hazır olmalıyıq. Ancaq ümumən oyunun gedişatına uyğun olaraq düzgün qərarlar verməyə çalışmalıyıq. Çünki rəqibimiz də çox ciddidir. Çox istərdik ki, ilk hissədə oyunun taleyi həll olsun. Qarşılaşmanın gedişatında bu kimi hallara hazır olmağa çalışacağıq. Hər iki komandanın elə üslubu var ki, böyük ehtimalla daha açıq oyun gedə bilər. Bura müdafiə olunmağa gəlməmişik. Görünən odur ki, rəqib də hücumda olacaq. Ola bilsin ki, açıq oyun getsin. Çox istərdik azarkeşlər üçün maraqlı mübarizə olsun. Rəqib həddən artıq məcbur eləməsə, bizim müdafiədə oturmaq fikrimiz yoxdur. Yəni qapalı oyun olacağı gözlənilmir”.

ETOPAZ

Əvvəlki yazı

Edmund iki il sonra ilk matçını keçirdi

Növbəti yazı

Oskar “Flamenqo” yolunda