221 milyonluq müqavilə
“Leykers”in basketbolçusu Rassell Uestbruk müqaviləsinin uzadılması bəndini aktivləşdirəcək. 2022/23 mövsümündə müdafiəçi 47,1 milyon dollar qazanacaq.
Los-Anceles təmsilçisi 33 yaşlı oyunçuya 4 illik maksimal müqavilə təklif edəcək. Bu anlaşma 221,4 milyon dəyərində olacaq.
Qeyd edək ki, Uestbruk “Leykers”dəki debüt mövsümündə orta hesabla 18,5 xal, 7,4 ribaund və 7,1 ötürmə ilə fərqlənib.