“Zirə” – “Makkabi” matçında üç qol

“Zirə” – “Makkabi” matçında üç qol

Konfrans Liqasında çıxış edən “Zirə” II təsnifat mərhələsinin ilk oyununa çıxıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Təl-Əviv “Makkabi”sini qəbul edib.

İsrail təmsilçisi artıq ilk yarıda iki dəfə fərqlənib. Qavriel Kaniçovski və Corce Yovanoviç birinci hissədə Mehdi Cənnətovun qapısına yol tapıb. İkinci hissədə qoaqlar daha bir dəfə fərqlənib. Yovanoviç dublunu rəsmiləşdirib.

Bununla da “Zirə” Konfrans Liqasında 0:3 hesablı məğlubiyyətlə debüt edib. Komandalar arasında İsraildəki cavab oyunu iyulun 28-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın futbolçusu Premyer Liqa klubunda

Növbəti yazı

“Qəbələ” Macarıstanda üstünlüyü əldən verdi