Qurban Qurbanov: “Onlar 5:1 hesablı qələbəyə layiq idilər”

Qurban Qurbanov: “Onlar 5:1 hesablı qələbəyə layiq idilər”

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Lex” oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis 5:1 hesablı qələbəyə şərh verib:

“Öncə möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Hamı polşalı azarkeşlərdən danışırdı. Bizim azarkeşlərimiz “Lex”in azarkeşlərindən güclü olduqlarını göstərdilər. Onlar 5:1 hesablı qələbəyə layiq idilər. Möhtəşəm qalibiyyət oldu. Belə qələbələr ilboyu nadir hallarda olur. Bu gün hər şey alındı. Futbolçularım çox istəkli idilər, qələbəyə də layiq oynadılar. İlk saniyələrdə qol buraxsaq da, futbolçularım sınmadılar. Polşa çempionu çox sürətli komandadır, təhlükəli əks-hücumları var. Bu bir başlanğıcdır. Bəzən elə qələbələr olur ki, hamıda rahatlıq yaradır. Amma futbol elə səviyyəyə gəlib ki, hansısa rəqibə ciddi yanaşmasaq, bizi də məğlubiyyət gözləyər. 10 milyonluq dəstəkçimiz var, bu gün də şahidi olduq. Kiminin duası, kiminin evində dəstəyi bizimlə idi. Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm ki, dağın başına qar yağıb. O da məndən bir az yuxarıda idi. Mənə dedi ki, şəhərdə necə istidir, amma Qarabağa qar yağır. Buradan ona salamlarımı çatdırıram. Gecə yuxuda Şuşada idim. Qarşıda bizi daha ciddi sınaqlar gözləyir. Belə qalibiyyətlərdən doymalı deyilik”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan darmadağın

Növbəti yazı

İnzaqinin yeni klubu