21 ildən sonra titul
Fransa kubokunun qalibi müəyyənləşib. Finalda “Nitsa”nı 1:0 hesabı ilə məğlub edən “Nant” 22 ildən sonra bu mükafata sahib çıxıb.
Tarixində 4-cü dəfə ölkə kubokuna yiyələnən komandanın sonuncu uğuru 2000-ci ilə təsadüf edib. 2001-ci ildə Liqa1-də çempion olan və Superkuboku başı üzərinə qaldıran Nantın eyniadlı təmsilçisi ümumilikdə 21 ildən sonra titul qazanıb.
Qeyd edək ki, “Nant” Liqa1-in turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.