2000-ci oyun

2000-ci oyun

“Bavariya” Bundesliqada 2000-ci oyununu keçirib. Münhen klubunun yubileyi Almaniya çempionatının 24-cü turuna təsadüf edib.

“Bavariya” “Frayburq”la görüşüb. Matç 2:2 hesabı ilə nəticələnib.

Münhenlilər Bundesliqa tarixində 2000 oyun keçirən ilk klub olub. Komandanın hesabında 1189 qələbə var.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2034 üçün sifariş göndərildi

Növbəti yazı

İnyesta 1000-ə çatdı