20 mini fəth etdi
“Bruklin”in basketbolçusu Lamarkus Oldric NBA karyerasında topladığı xalların sayında 20 mini arxada qoyub. O, bu rəqəmi “Peysers”lə qarşılaşmada fəth edib.
Hücumçu bu görüşə 21 xal toplayıb. 105:98 hesablı qələbədə pay sahibi olan Oldric 17 xalı ikinci yarıda yığıb.
Bununla da basketbolçunun aktivindəki xal sayı 20 min 11-ə çatıb. O, NBA tarixində bunu bacaran 48-ci oyunçudur. Lamarkus karyerasını davam etdirənlər arasında 20 mini keçən 7-ci basketbolçudur.