20 illik həsrətə son
Kamerun millisinin dünya çempionatlarındakı qələbə həsrəti başa çatıb. Afrikalılar Qətərdəki DÇ-2022-nin Braziliya ilə qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlib.
Kamerun sonuncu dəfə DÇ-2002-də qələbə sevinci yaşayıb. Onlar sonrakı 9 oyunda qalib gələ bilməyib.
Qeyd edək ki, afrikalılar qələbə qazansa da, qrupda üçüncü yeri tutub və pley-offdan kənar qalıb.