Sürpriz kupon – 30.05.2022
“Korintians” – “Amerika Mineyro” QOL/QOL
“Korintians”ın son 4 oyunu qollu heç-heçə ilə bitib. “Amerika Mineyro” qeyri-sabit qrafik cızsa da və nə qədər riskli görünsə də, Belu-Orizonti təmsilçisinin ən azı 1 dəfə fərqlənəcəyinə mərc etmək olar. Meydan sahiblərinin qol və ya qollar vuracağına isə ümumiyyətlə, şübhə etmirəm.
“Fluminense” – “Flamenqo” ALT 3.5
“Marakana”da qol şou yaşanacağını gözləmək sadəlövhlük olar. Favorit “Flamenqo”nun hücum potensialı yüksək olsa da, “Fluminense” də yaxşı müdafiə olunmağı bacarır. Budəfəki Rio derbisində 3 qoldan artıq vurulacağını düşünmürəm.
“Atletiko Mineyro” – “Avay” ÜST 2.5
“Avay”ın son 3 oyunu ÜST 2.5 gəlib. Komanda ağır səfər qarşılaşmasında şanssız görünsə də, ən azı 1 qol vuraraq oyunun ÜST 2.5 gəlməsinə töhfə verə bilər.”Atletiko Mineyro” isə aşkar favoriti olduğu bu oyunda bütün hücum potensialını ortaya qoymağa çalışacaq.