19 qələbəlik seriya qırıldı
Konfrans Liqasının finalında “Çelsi”yə uduzan “Betis” İspaniya klublarının seriyasını qırıb. Pireneylilər başqa ölkə klubları ilə avrokubokların son 19 finalında qalib gəlmişdilər.
İspaniya klubunun həlledici matçdakı son məğlubiyyəti 2001-ci ildə qeydə alınmışdı. Həmin vaxt Çempionlar Liqasında “Bavariya” “Valensiya”ya, UEFA kubokunda “Liverpul” “Alaves”ə qalib gəlib.
Qeyd edək ki, “Betis” “Çelsi”yə 1:4 hesabı ilə uduzub.