180 milyonluq hücumçu

180 milyonluq hücumçu

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya Avropa nəhənglərinin hədəfindədir. Gürcü hücumçu A seriyası və Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra PSJ, “Real” və “Mançester Siti”nin transfer siyahısında yer alıb.

Xviça artıq bu yay klubunu dəyişə bilər. Lakin İtaliya klubu forvardı 100-120 milyon avroya satmağa razı deyil. Neapolluları yalnız 180 milyon qane edə bilər.

Qeyd edək ki, Kvaratsxeliya mövsümün 29 matçında 13 qol və 13 assistə imza atıb.

e-Topaz

Əvvəlki yazı

“Lids”in gözü “Borussiya”nın müdafiəçisində

Növbəti yazı

Salah qərarını verdi