Nadal rekordunu yenilədi
“İndian-Uells Masters”in 1/8 finalında Rafael Nadal Reilli Opelkaya qalib gəlib (7:6, 7:6). İspan tennisçi 98-ci dəfə “Masters”in 1/4 finalına yüksəlib. O, bu göstərici üzrə rekordçudur.
Bu, Nadalın “Masters”də 124-cü iştirakıdır. O, 124 turnirdən 98-də (79%) ən azı 1/4 finala yüksəlməyi bacarıb.
Nadalın 36 “Masters” titulu var. O, bu göstəricidə yalnız Cokoviçdən (37) geri qalır.
“Masters” turnirlərində 1/4 finala adlamağı ən çox bacaranlar:
1-2. Rocer Federer – 87
Novak Cokoviç – 87
3. Endi Murrey – 51
4-5-6. Pit Sampras – 45
David Ferrer – 45
Tomaş Berdix – 45
7. Andre Aqassi – 44