150-ci qol

150-ci qol

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub. Bu, Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib.

“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub. Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Qeyd edək ki, debütü 2022/23 mövsümünə təsadüf edən “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 25.11.2025

Növbəti yazı

“Qarabağ”ın matçında çexiyalı hakimlər