15 səpələnmiş tennisçi mübarizəni dayandırdı

15 səpələnmiş tennisçi mübarizəni dayandırdı


“US Open”in 1-ci mərhələsi başa çatıb. Turnirin fərqli yarışlarının səpələnmiş 64 tennisçisindən 15-i mübarizəni dayandırıb. Erkən vidaya üzülənlərdən üçü kişi, on ikisi qadın raketkadır. Xanımların mübarizəsində Karolina Muxova (22), Veronika Kudermetova (29) və Yuliya Putintseva (31) ilk raundu adlaya bilməyib. Pablo Karreno-Busta (9), Aleks de Minaur (14), Con İzner (19), Lorentso Soneqo (20), Yuqo Ember (23), Karen Xaçanov (25), Kemeron Norri (26), David Qoffen (27), Fabio Fonyini (28), Alexandro Davidoviç-Fokina (29), Marin Çiliç (30) və Filip Krainoviç (32) yarışla vidalaşan kişi tennisçilərdir.
“US Open”də 2-ci mərhələ bu gün start götürüb.

ETOPAZ

Əvvəlki yazı

Şakil O′Nil: “Yaxşını dahi kimi qələmə verirlər”

Növbəti yazı

Müller və Tolisso seçmə mərhələdən kənarda