15-ci kambek
“Böyük dəbilqə”lərin üçqat çempionu Endi Marrey Doha turnirində ikinci mərhələyə yüksəlib. O, Lorenso Soneqoya qalib gəlib – 4:6, 6:1, 7:6(4).
Britaniyalı sonuncu setdə üç matçboldan xilas ola bilib. Bu, Marreyin karyerasında 15-ci belə kambekdir. O, rəqibin matçbollarından sonra ilk qələbəsini 2006-cı ildə qazanıb.
Endi 2017-ci ildə isə şəxsi rekorduna imza atıb. O, Dubay turnirində Filipp Kolşrayberin 7 matçbolundan sonra qələbə qazanıb.