15-ci dəfə yarımfinalda

15-ci dəfə yarımfinalda

“Rolan Qarros”un 1/4 finalında Rafael Nadal və Novak Cokoviç üz-üzə gəlib. İspaniyalı bu görüşdə 6:2, 4:6, 6:2, 7:6 hesabı ilə qalib gəlib.

Tennisçilərin şəxsi duellərində serbiyalının üstünlüyü minimuma enib – 30:29. “Rolan Qarros”dakı 10 görüşdə isə Nadal 8, Cokoviç 2 dəfə qələbə qazanıb.

Rafael karyerasında 15-ci dəfə Parisdəki turnirin yarımfinalına yüksəlib. Bu da turnirin rekordudur. Ümumilikdə isə Nadal “Böyük dəbilqə”lərdə 37-ci dəfə yarımfinala adlayıb. O, yalnız Rocer Federer (46) və Novak Cokoviçdən (42) geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 01.06.2022

Növbəti yazı

“Milan” Leaonu heyətində saxlamağa çalışır