14-cü dəfə 1/8 finalda

14-cü dəfə 1/8 finalda


Dünyanın birinci raketkası Novak Cokoviç “US Open”in 3-cü mərhələsində Key Nisikora ilə qarşılaşıb. Serbiyalı tennisçi bu görüşdə 6:7, 6:3, 6:3, 6:2 hesabı ilə qalib gəlib. Novak karyerasında 20-ci dəfə üz-üzə gəldiyi yaponiyalını 18-ci dəfə məğlubiyyətə uğradıb.
Cokoviç ardıcıl 14-cü dəfə “US Open”in 1/8 finalına yüksəlib. O, sonuncu dəfə 2006-cı ildə mübarizəni erkən başa vurub. 2017-ci ildə isə tennisçi turnirə qatılmayıb.
Son iki ildə “US Open”i 1/8 finalda tərk edən serbiyalının bu dəfəki rəqibi Aslan Karatsev və Censon Bruksbi arasında qarşılaşmada müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

“Cenoa”da yeni sahib

Növbəti yazı

Salahdan 500 minlik tələb