13-cü final
“Böyük dəbilqə”lərin ikiqat çempionu Petra Kvitova Mayami turnirində finala yüksəlib. O, yarımfinalda Sorana Kirstyaya qalib gəlib – 7:5, 6:4.
Bu, Kvitovanın 2009-cu ildə yaradılan WTA 1000 kateqoriyasında 13-cü finalıdır. Yalnız 4 tennisçi bu göstəricidə onu qabaqlayır.
Simona Halep və Serena Uilyamsın 18, Mariya Şarapovanın 16, Viktoriya Azarenkonun 15 belə finalı var. Petra həlledici görüşdə Yelena Rıbakina ilə qarşılaşacaq.