121 ildən sonra
İngiltərə yığması Millətlər Liqasının V turunun İtaliya ilə oyununda (0:1) Nik Poupa şans verib. “Nyukasl”ın qapıçısı start heyətdə meydana çıxıb.
Nik klub tarixində yığma forması geyinən ikinci qapıçıdır. İlk belə hadisə 121 il öncə yaşanıb.
Onadək Metyu Kinqsli bunu bacarıb. Sonuncu 1901-ci ilin martında milli forma geyinib.