120 milyonluq təklif
Xorvatiya millisinin və “Leypsiq”in futbolçusu Yoşko Qvardiol daha bir klubun maraq dairəsinə düşüb. “Real” müdafiəçini heyətində görmək istəyir.
İspaniya nəhəngi Yoşko üçün 120 milyon avro təklif edib. Bu vəsait iki dəfəyə ödəniləcək. Madridlilər əlavə bonuslar da verməyə hazırdır. “Real” müdafiəçinin özünə 6 milyon maaş vəd edib.
Qeyd edək ki, “Mançester Siti” və “Çelsi” də Qvardiolun xidmətində maraqlıdır.