12 milyonluq transfer
İngiltərənin “Brayton” klubu heyətinə yeni futbolçu qatacaq. Böyük britaniyalılar “Rosario Sentral”ın yarımmüdafiəçisi Fakundo Buonanotteni heyətinə qatacaq.
17 yaşlı argentinalı üçün 12 milyon avro ödəniləcək. Cənubi Amerika klubu onun gələcək satışından faiz də alacaq. Onunla imzalanacaq müqavilə 2026-cı ilədək nəzərdə tutulacaq.
Qeyd edək ki, Fakundo cari mövsümün 34 oyununda 4 qol vurub.