12 klub, 7 ölkə

12 klub, 7 ölkə

Avrokubokların bütün yarımfinalçıları müəyyənləşib.  Üç kubok uğrunda mübarizəni davam etdirəcək 12 klub 7 ölkəni təmsil edir.

İngiltərənin finalın bir addımlığında daha çox 4 komandası qalıb: “Mançester Siti”, “Liverpul”, “Lester” və “Vest Hem”.

İspaniya (“Real”, “Vilyarreal”) və Almaniya (“Ayntraxt”, “Leypsiq”) iki komanda ilə yarımfinalda təmsil olunacaq. Digər 4 ölkənin hərəsinin bir klubu yarışı davam etdirir. Bunlar Fransa (“Marsel”), Niderland (“Feyenoord”), İtaliya (“Roma”) və Şotlandiyadır (“Reyncers”).

ETOPAZ

Əvvəlki yazı

“Barselona”nın seriyası qırıldı

Növbəti yazı

“Vest Hem” 46 ildən sonra