12 ildən sonra ən yaxşılar yarımfinalda
ABŞ-ın Tsintsinatti şəhərində keçirilən “Masters” turnirində yarımfinala 4 səpələnmiş tennisçi vəsiqə qazanıb. Bunlar Daniil Medvedev (1), Stefanos Tsitsipas (2), Aleksandr Zverev (3) və Andrey Rublyovdur (4). Yarımfinalda Medvedev Rublyovla üz-üzə gələcək. Digər iki tennisçi bir-biri ilə qarşılaşacaq.
Sonuncu dəfə turnirin 4 ən yaxşısının yarımfinala yüksəlməsinə 12 il əvvəl təsadüf olunub. 2009-cu ildə Yaponiyanın Ohayo şəhərində Rocer Federer (1), Rafael Nadal (2), Endi Marrey (3) və Novak Cokoviç (4) yarımfinalda çıxış edib. Həmin vaxt finalda Federer Cokoviçə qalib gəlib.