11 mövsümdən sorna
“Barselona” “Real”la görüşlərdə ardıcıl 3-cü qələbəsini qazanıb. Xavinin komandası La Liqanın 26-cı turunun ev oyununda 2:1 hesabı ilə qalib gəlib. Bunadək Barselonanın eyniadlı klubu Superkubok və ölkə kubokunda da rəqibini üstələyib.
Bu, kataloniyalıların son 11 ildə “El-Klasiko”dakı ilk belə seriyasıdır. Sonuncu dəfə “Barselona” 2011/12 mövsümündə rəqibini 3 dəfə məğlub edib.
Qeyd edək ki, həmin vaxt “Real”ı Joze Mourinyo, “Barselona”nı Pep Qvardiola çalışdırırdı.