11 ildən sonra çempionluq

11 ildən sonra çempionluq

İtaliya A seriyasında 2021/22 mövsümünün çempionu müəyyənləşib. “Milan” qızıl medalı son turda qazanıb.

“Rossonyeri” səfərdə “Sasssuolo”nun qonağı olub. Çempionluq üçün 1 xala ehtiyacı olan milanlılar matçın taleyini ilk 45 dəqiqədə həll edib. Olivye Jiru iki, Frank Kessye bir dəfə meydan sahiblərinin qapısına yol tapıb.

3:0 hesablı qələbə qazanan Stefano Piolinin yetirmələri bununla da xal hesabını 86-ya çatdırıb. “Sampdoriya”nı eyni hesabla məğlub edən “İnter” 84 xalla ikinci yerlə kifayətlənib.

Bu, “Milan”ın tarixində 19-cu çempionluq olub. Bunadək sonuncu dəfə 2010/11 mövsümündə qızıl medal əldə edən “rossonyeri” 11 ildən sonra bu uğuru qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”dən 8-ci çempionluq

Növbəti yazı

Günün kuponu – 23.05.2022