11 aydan sonra

11 aydan sonra

PSJ “Monako” ilə görüşün birinci hissəsində üç qol buraxıb. Liqa1-in 23-cü turunda yaşanan hadisə son 11 ayda ilk dəfə qeydə alınıb.

Parislilərin fasiləyədək üç qol buraxmasına sonuncu dəfə 2022-ci martın 9-da təsadüf olunub. Çempionlar Liqasının 1/8 final oyununda “Real”ın hücumçusu Kərim Benzema fasiləyədək üç qol vurub.

“Monako”nun qollarına isə iki dəfə Vissam Ben Yedder, bir dəfə Aleksandr Qolovin imza atıb. İlk yarıdan sonra 3:1 hesabı ilə öndə olan “Knyazlıq klubu” üstünlüyünü matçın sonunadək qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Mövsümdə ilk darmadağın

Növbəti yazı

“Real” dünya çempionudur