11 aydan sonra ev məğlubiyyəti
“Napoli” A seriyasında mövsümdə ilk ev məğlubiyyətini alıb. Neapollular 25-ci turda “Latsio”ya uduzub.
0:1 hesablı yenilgi “Napoli”nin son 11 ayda ilk ev uğursuzluğu olub. Komanda sonuncu dəfə 2022-ci il aprelin 10-da öz meydanında xalsız qalıb.
Həmin vaxt “Fiorentina” səfərdən qalib ayrılıb – 3:2. Bu, ötən mövsümün 32-ci turuna təsadüf edib.