10,4 milyona iki illik müqavilə imzaladı
NBA-da çıxış edən “Detroyt” klubu hücumameylli müdafiəçi Hamidu Diallo ilə yeni müqavilə imzalayıb. Bu yaxınlarda qismən azad agent statusu alan basketbolçu ilə 2 illik anlaşma əldə olunub. 23 yaşlı amerikalı bu müqavilə qarşılığında 10,4 milyon dollar qazanacaq. Diallo bu ilin martında “Oklahoma”dan “Detroyt”a keçib.
O, yeni komandasında 20 oyun keçirib və orta hesabla 11,2 xal yığıb.