101 debüt

101 debüt

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü 101 futbolçunun turnirdə debütü ilə əlamətdar olub. Onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.

“Qəbələ” və “Karvan-Yevlax”da daha çox – hərəsində 14 debüt gerçəkləşib. “İmişli” 13, “Kəpəz”, “Neftçi” və “Şamaxı” hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.

“Sumqayıt” 8, “Sabah” 7, “Qarabağ” 6, “Turan Tovuz”la “Araz-Naxçıvan” hərəyə 4 debütanta şans verib. “Zirə”də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.

12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. “Qəbələ” bu göstəricidə liderdir – 5 oyunçu. “Şamaxı”da 4, “İmişli”də 3, “Kəpəz”lə “Karvan-Yevlax”ın hərəsində 2, “Sumqayıt”da 1 azərbaycanlı debüt şansı əldə edib.

SayKomandaYerliLegioner
4Araz-N04
14Qəbələ59
14Karvan-Y212
13İmişli310
10Kəpəz28
10Şamaxı46
10Neftçi010
8Sumqayıt17
7Sabah07
6Qarabağ06
4Turan T04
1Zirə01
101 1784

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 31.12.2025

Növbəti yazı

36 penalti, 29 qol