100 milyonluq təklif

100 milyonluq təklif

Fransa millisinin futbolçusu Nqolo Kanteni heyətində görmək istəyən klubların nümayəndələri İngiltərəyə səfər edib. Səudiyyə Ərəbistanının “Əl-İttihad” və “Əl-Nəsr” klubunun təmsilçiləri 32 yaşlı yarımmüdafiəçi ilə danışıqları Londonda gerçəkləşdirəcək.

Kante Asiyadan aldığı təkliflərdən birini qəbul etsə, ildə 100 milyon avro qazanacaq. Lakin fransalı “Çelsi” ilə yeni müqavilə imzalamaq arzusundadır. O, Premyer Liqa karyerasını davam etdirmək fikrindədir.

Kantenin “Çelsi” ilə anlaşması bu ayın sonunda bitəcək.

ETOPAZ

Əvvəlki yazı

“Sevilya”dan baş məşqçi qərarı

Növbəti yazı

Günün kuponu – 07.06.2023