100-cü qol
“Bavariya” mövsümdə 100-cü qolunu vurub. Bu, Almaniya Bundesliqasının 22-ci turunda baş verib.
Münhen klubu “Union”a 3:0 hesabı ilə qalib gəlib. Bütün turnirlər nəzərə alınmaqla 100-cü qola Erik-Maksim Çupo-Motinq imza atıb. Bu topdan sonra daha 2 dəfə fərqlənən komanda qol sayını 102-yə yüksəldib.
“Bavariya” cari mövsümdə “Böyük beşlik”də 100 qol səddini adlayan ilk komanda olub.